boşalma tsikli

ру разрядный цикл en discharge cycle de Entladungszyklus fr cycle de décharge es ciclo de descarga it ciclo di scarica
boşalma cərəyanı
boşaltma
OBASTAN VİKİ
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2 HO•2 + O• → HO•2 + O2 Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO• HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2 HO•2 + HO•2 → H2O2 + O2 Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY. Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей) İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnsanın seksual reaksiyası tsikli
İnsanın seksual reaksiyası orqazma gətirib çıxaran və onu izləyən fizioloji və emosional dəyişikliklər məcmusudur. Fiziki və emosional dəyişikliklər, fərd cinsi əlaqə, barmaqlama və ya masturbasiya da daxil olmaqla cinsi oyanmanı stimullaşdırıcı fəaliyyətlərlə məşğul olduqda ardıcıl olaraq baş verir. Beləliklə, baş verən dəyişikliklər seksual reaksiyalar tsiklini təşkil edir. Seksual reaksiya tsiklinin hər bir mərhələsində orqanizmin necə reaksiya verdiyini bilmək cinsi partnyorlarla münasibətləri yaxşılaşdırmağa və cinsi disfunksiyanı aradan qaldırmağa kömək edə bilər. İstənilən fərd müxtəlif vaxtlarda müxtəlif şeylər tərəfindən cinsi fəaliyyətə stimullaşdırıla bilər, lakin seksual reaksiya dövrünün fazaları həmişə eyni qalacaq. Hər kəsin özünəməxsus cinsi təcrübələri var. Müxtəlif tədqiqatçılar seksual reaksiya dövrünün müxtəlif modellərini yaratmışlar. Tipik olaraq modellər üç, dörd, beş və ya səkkiz fərqli fazadan ibarətdir. Hər bir mərhələnin spesifik komponentləri modellər arasında fərqlənir: Helen Singer Kaplan, insanın seksual reaksiya tsiklinin üç mərhələli konsepsiyasını təklif etmişdir: cazibə, oyanma və orqazm. Lif "İnsanın seksual reaksiyası" kitabında seksual reaksiya dövrünün beş mərhələsini təsvir etmişdir: cazibə, oyanma, qızarma, orqazm və məmnunluq .
Drenaj sistemi (Boşalma quruluş)
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.